Yuxarı

Bu gün Yer kürəsində ən güclü maqnit qasırğası gözlənilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsində son 2 ayın ən güclü maqnit qasırğası gözlənilir. O, avqustun 8-də başlayacaq.

Axar.az xəbər verir ki, avqustun 5-də Günəşdə sondan əvvəlki güc sinfinə (M4,4) məxsus partlayış olub. Eyni zamanda plazma emissiyası baş verib, lakin bulud planetimizə doğru deyil, təxminən 45 dərəcə bucaq altında yana doğru yönəlib. Alimlər bu hadisənin planetimiz üçün təhlükə yaratmadığı qənaətinə gəliblər. Bununla belə, yenilənmiş məlumatlara görə, Yer üçün geomaqnit nəticələri gözləniləndən qat-qat güclü olacaq.

Belə ki, Yer buludun yüksəksürətli nüvəsindən təsirlənəcək. Bunun nəticəsində maqnit sahəsinə güclü zərbə dəyəcək.

Proqnozlara görə, Kp geomaqnit indeksi (geomaqnit aktivliyini xarakterizə edən göstərici) 6-ya yüksələcək. Bu, iyunun 13-dən bəri müşahidə olunmayıb.

Belə miqyaslı hadisələr güc baxımından orta hesab olunur. Lakin onlar enerji sistemlərinə, kosmik aparatların işinə və radio dalğalarının yayılmasına təsir göstərə bilir.

Geomaqnit vəziyyətinin pisləşməsi cümə gecəsi Yerin böyük tac dəliyinin təsir zonasına daxil olduğu vaxt başlayacaq. Ümumilikdə, Günəşdəki vəziyyət mürəkkəb kimi qiymətləndirilir - cəmi bir gündə avqustun 6-da 18 partlayış baş verib.

Tarix
2025.08.08 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ağ Evdə Əliyev və Paşinyan... - Tramp elan etdi

ABŞ-la Azərbaycan anlaşma memorandumu imzalayacaq

İlham Əliyev və Paşinyan Bəyannamə imzalayacaq

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - Video

Tramp Azərbaycanla bağlı sənəd imzalayacaq

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

“Nar” bu abituriyentləri mükafatlandıracaq

Quterreşdən sabah keçiriləcək ABŞ görüşünə reaksiya

Çin bu üç ölkənin birgə müəssisəsinə qoşuldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla