Yuxarı

Bakı metrosunda körpə doğuldu: 25 yaşına kimi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda körpə doğuldu: 25 yaşına kimi...

09:20

Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.

Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

***

Bu gün Bakı Metropoliteni QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.

Bunu Report-a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, - o vurğulayıb.

***

Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.

Bunu hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək", - o bildirib.

Tarix
2025.08.08 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla