Yuxarı

İran Britaniyanı “qoca tülkü” adlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Britaniyanı “qoca tülkü” adlandırdı

İranın mühafizəkar mediası Böyük Britaniyanı "qoca tülkü" adlandırıb.

Axar.az "BBC Azərbaycanca"ya istinadən bildirir ki, "Hemayət" qəzeti ingilis nazirin ünvanına "Qoca tülkü işıqlarını söndürərək gəlib" sərlövhəli məqalə ilə çıxış edib. Qəzet Britaniya xarici işlər nazirinin Tehrandakı səfirliyin təkrar açılışı mərasimində iştirak üçün İrana səfərinə işarə edib.

Başqa bir mühafizəkar "Risalət" isə yazıb ki, "Qoca tülkünün qayıdışına sevinən yoxdur".

İlk dəfə fars dilinə bu ifadəni 85 il bundan əvvəl vəfat etmiş bir şair gətirib.

Tanınmış ədəbiyyatçı və riyaziyyatçı Seyyid Əhməd Ədib özünün anti-Britaniya mövqeyi ilə tanınır. O, Pakistanın Peşavər şəhəri yaxınlığında doğulub və bir çox yaxınlarını Britaniya ilə 1857-58-ci illərdə baş vermiş müharibədə itirib. Ədib sonralar İrana köçərək ədəbiyyat və riyaziyyat təhsili alıb.

Bütün yaradıcılığı boyunca şair Britaniyanı heyvanlara bənzədib – "qoca tülkü", "bəduğur qarğa", "zəhərli gürzə" və sair. Aşağıda Ədibin şeirindən bir bəndi təqdim edirik:

Neçə-neçə evləri

Tülkülüklə yıxmısan,

Qoca tülkü kimi sən

Yüz tələdən çıxmısan…

Tarix
2015.08.25 / 22:30
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla