Yuxarı

Çin Tayvanı belə blokadaya alır - Leonkov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Tayvanı belə blokadaya alır - Leonkov

Pekinin növbəti addımı irimiqyaslı təlimlər adı altında Tayvanın dəniz və hava ərazisini tamamilə blokadaya almaq ola bilər. Bunun üçün Çin tam hərbi potensiala malikdir.

Axar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Aleksey Leonkov deyib.

"Çin Tayvan ətrafındakı bütün dəniz məkanını təlimlər müddətində bağlaya bilər. Bundan sonra heç bir gəmi, xüsusilə də mülki gəmilər adanın limanlarına daxil ola bilməyəcək. Çinin adanın hava ərazisini blokadaya almaq üçün qüvvə və vasitələri, o cümlədən təyyarədaşıyanları var”, - Leonkov bildirib.

Ekspertin sözlərinə görə, adanın ətrafında uçuşa qadağa zonası da təşkil oluna bilər. Bundan sonra Pekin Vaşinqtonun qeyri-dost münasibətinə diqqət çəkərək bu addıma təhrik olunduğunu bildirəcək.

Qeyd edək ki, Çin 3-5 avqustda adanın ətrafındakı 6 ərazidə genişmiqyaslı təlim keçirəcəyini elan edib.

Tarix
2022.08.03 / 08:00
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Azərbaycan və Litva XİN başçıları görüşdü

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla