Yuxarı

İqdırda kampaniya: Ermənicə lövhə yığışdırılsın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqdırda kampaniya: Ermənicə lövhə yığışdırılsın

Türkiyədə Ərzurum-İqdır avtomobil yolu üstündə yerləşən Tuzluca bölgəsinin giriş qapısında "Xoş gəldiniz", "Gülə-gülə" ifadələrinin ermənicə yazılmasına qarşı etiraz aksiyası keçirilir.

Report xəbər verir ki, aksiya iştirakçıları həmin tablonun yığışdırılması üçün imzatoplama kampaniyasına başlayıblar.

Türkiyə-Azərbaycan Dərnəkləri Dostluq Federasiyasının İqdırdakı "Azərbaycan evi" dərnəyinin sədri Sərdar Ünsal bildirib ki, bu bölgə İqdır əyalətinin mərkəzindən 39 km aralıda yerləşir: "Bölgənin giriş qapısına türk, ingilis, kürd və erməni dillərində "Xoş gəldiniz" və "Gülə-gülə" ifadələri yazılan lövhə asılıb. Biz həmin lövhənin yığışdırlıması üçün imzatoplama kampaniyası keçiririk. Ermənicə yazı bizi və Azərbaycandakı qardaşlarımızı narahat edir".

Qeyd edək ki, bu yazının təşkilatçısı və icraçısı Tuzluca bələdiyyəsidir. Bələdiyyə sədri kürd etnik qrupunun təmsilçisi Mehmet Gültəkin yazının silinməsini istəyənləri "irqçilikdə" ittiham edərək, ermənilərlə probleminin olmadığını vurğulayıb.

Tarix
2015.10.01 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla