Yuxarı

Bu iki MDB ölkəsi Ukraynaya texnika göndərir - Baqdasarov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi Ukraynaya mümkün silah tədarükü ilə bağlı çox narahatedici vəziyyət yaranıb.

Axar.az xəbər verir ki, bu sözləri Yaxın Şərq və Mərkəzi Asiyanın Tədqiqi Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik Semyon Baqdasarov deyib.

Onun sözlərinə görə, amerikalılar Əfqanıstanı tərk edəndə çoxlu sayda təyyarə və helikopter əfqan ekipajları ilə birlikdə Mərkəzi Asiyanın bəzi ölkələrinə, Əfqanıstanla həmsərhəd olan keçmiş sovet respublikalarına göndərildi:

“Söhbət yüzdən çox təyyarə və helikopterdən gedir. Bunlar ABŞ-ın vaxtilə Əfqanıstan ordusu üçün Rusiyadan aldığı Mi-17 helikopterləri, tanklara və zirehli texnikalara hücum edə bilən Amerika hücum təyyarələridir. İndi isə ABŞ Müdafiə Nazirliyinin nümayəndələrindən birinin dediyi kimi, Tacikistan və Özbəkistan bu döyüş texnikalarını amerikalılara vermək istəyirlər. Onların yaxın gələcəkdə harada ola biləcəyini təxmin etmək çətin deyil. Aydındır ki, çatdırılmanın son nöqtəsi Ukraynadır. Bir daha deyirəm, bu, 100 helikopter və təyyarədir. Bizim Ukraynadakı “xüsusi hərbi əməliyyat” zonasında bu qədər helikopter və hücum təyyarəsi peyda olur. Bunu təsəvvür edirsiniz?”, - Baqdasarov deyib.

Tarix
2022.08.17 / 16:54
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla