Türkiyədə neçə yaşdan siqaret çəkməyə başlayırlar?
20:04
| Ana səhifə Planet |
|
Suriya ordusu Həma vilayətinin Bahsa şəhərini Nüsrə Cəbhəsindən geri alıb.
Axar.az xəbər verir ki, bu barədə ictimaiyyətə Suriya ordusunun rəsmisi general Samir Süleyman məlumat verib.
"Suriya ordusunun qarşısında daha öncə Əfqanıstan və İraqda döyüşmüş təcrübəli hərbçilər vardı. Lakin rus qırıcılarından qorxan Nüsrə Cəbhəsinin döyüşçüləri Bahsadan çıxdılar. Qırıcılar 3 gün öncə xadimlərin silah anbarını vurmuşdu. Bu isə onların əhvalını pozdu və şəhərin müdafiə imkanlarını sarsıtdı", - deyə general bildirib.
Qeyd edək ki, şəhər bu ilin avqustunda Nüsrə Cəbhəsi tərəfindən ələ keçirilmişdi.
|
Tarix
2015.10.10 / 11:01
|
Müəllif
İlham Sahiloğlu
|