Mirzoyanla Fidan danışdı
18:45
| Ana səhifə Planet |
|
Ötən il "Vaşinqton Post" qəzetinin İranda tutulan müxbiri Ceyson Rezaiyan haqqında həbs qərarı verilib.
Axar.az xəbər verir ki, bu barədə xəbəri İran Dövlət Televiziyası yayıb.
Məlumatda məhkəmə qərarının detallarına yer verilmir. Lakin Rezaiyan və vəkilinin 20 gün ərzində şikayət etmək hüququnun olduğu deyilir.
Jurnalistin qardaşı Əli Rezaiyan məhkəmənin verdiyi qərarın hüquqa zidd olduğunu deyib.
Eyni zamanda "Vaşinqton Post" qəzetinin icraçı direktoru Martin Baron qərarın olduqca ədalətsiz olduğunu və heç bir fakt olmadan Rezaiyanın həbs edildiyini söyləyib.
O, bununla bağlı müvafiq orqanlara şikayət edəcəyini açıqlayıb.
Xatırladaq ki, Ceyson Rezaiyan İranda 2014-cü ilin iyulunda polis tərəfindən saxlanılmışdı.
|
Tarix
2015.10.13 / 14:40
|
Müəllif
Kamran Ədalət
|