Yuxarı

İŞİD neftdən nə qədər qazanır? – Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD neftdən nə qədər qazanır? – Hesabat

İngiltərənin "Faynənşl tayms" jurnalı İŞİD-in illik gəlirlərini açıqlayıb.

Axar.az xəbər verir ki, dərginin hesabatına görə, təşkilat hər gün təxminən 40 min barrel neft çıxarır. Beynəlxalq koalisiyanın hücumları isə terrorçuların neft ticarətinə qətiyyən təsir etməyib.

"60-dan çox ölkənin yer aldığı beynəlxalq koalisiya indiyədək İŞİD mövqelərinə 10.600-dən çox hücum təşkil edib. Lakin bu, İŞİD-in gəlirlərini kəsməyib. Təşkilatın nəzarət altında saxladığı bölgələrdə hər gün 34-40 min barrel neft çıxarılır. Bu da gündəlik 1,53 milyon dollarlıq gəlir deməkdir", - hesabatda vurğulanıb.

Hesabatda İŞİD-in təkcə neftdən gəlir götürmədiyi qeyd olunub. Milyonlarla insanı qorxu altında saxlayan terrorçular yığılan vergi və tarixi əsərlərin qaçaqçılığından milyonlarla dollar qazanır:

"ABŞ və müttəfiqlərinin 11 Sentyabr hücumlarının ardından maliyyə imkanlarını kəsdiyi Əl Qaidə ilə İŞİD arasında böyük fərqlər var. Sonuncuların uğuru maliyyə qaynaqlarının xaricdən yox, daxildən formalaşmasıdır. Qərb mütəxəssisləri İŞİD-in maliyyə durumunun iflas edəcəyini deyir. Amma bunun nə vaxt baş verəcəyi heç kimə bəlli deyil. Beynəlxalq koalisiya İŞİD-in neft gəlirlərini azaltmaq üçün Suriyada fəaliyyət göstərən qruplaşmalara daha ucuz qiymətə neft satmağı düşünür. Belə olan halda terrorçuların neft satışı kəskin şəkildə azala bilər".

Tarix
2015.10.15 / 20:57
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla