Səudiyyə husilərlə atəşkəsə razı deyil - KİV
17:48
| Ana səhifə Planet |
|
Almaniyanın Türkiyədə olan "Patriot" hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti dayandırılıb.
Axar.az xəbər verir ki, Türkiyənin tələbi ilə 3 il boyunca Kahramanmaraşda yerləşdirilən müdafiə sistemləri regionun qorunması missiyasını həyata keçirirdi.
Almaniya ordusu tərəfindən verilən açıqlamada Kahramanmaraş və regionun qorunması missiyasının başa çatdığı, "Patriot" sistemlərinin bağlanması əmri verildiyi qeyd edilib.
Almaniya əsgərlərini gələn ilin yanvar ayının sonuna qədər Türkiyədən çıxaracağını bildirib.
Qeyd edək ki, Suriyadan gələn təhdidlərlə bağlı Türkiyənin
NATO-dan tələbi ilə Almaniya, ABŞ və Niderlanddan göndərilən
"Patriot" raket sistemləri sərhəd bölgəsinə
yerləşdirilmişdi.
|
Tarix
2015.10.15 / 23:36
|
Müəllif
Pərviz Həsənov
|