Yuxarı

Ermənistanı idarə edən "Politbüro": onlar kimlərdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ilk “onluq” bunlardan ibarətdir: 1. Baş nazir Nikol Paşinyan, 2. Milli Məclisin sədri Alen Simonyan, 3. Xarici işlər naziri Ararat Mirzoyan, 4. Baş nazirin müavini Mger Qriqoryan, 5. Ermənistan Prezidenti Vaaqn Xaçatryan, 6. Müdafiə naziri Suren Papikyan, 7. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, 8. Baş nazirin müavini Ambartsum Martirosyan, 9. Milli Təhlükəsizlik Şurasının sədri Armen Abazyan, 10. Polis rəisi Vahe Qazaryan

Axar.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.

Onun sözlərinə görə, ilk onluqda təmsil olunan siyasətçilər təkcə Paşinyanın yaxın çevrəsi deyil, həm də onları bir növ Ermənistanın “Siyasi Bürosu-2022” hesab etmək olar:

“Məhz bu adamlar dövlət hakimiyyəti sistemində əsas qərarları qəbul edir, hakimiyyət rıçaqlarına nəzarət edir. Ermənistanın hansı istiqamətdə hərəkət etməsi də məhz onlardan kritik dərəcədə asılıdır.

Əsas hökumət rəsmiləri ilə yanaşı, fiqurlar arasında müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarına cavabdeh olan üç əsas təhlükəsizlik məmuru da var.

Göstərilən “onluq” Ermənistanın ən yüksək elitasıdır – bütün üstünlükləri və mənfi cəhətləri, eləcə də keçmişdən “şkafdakı skeletləri” ilə...”

Korotçenko bildirib ki, müstəqil hakimiyyətin qollarını təmsil edən Ermənistan Milli Assambleyasının sədri A.Simonyan və Ermənistan Prezidenti V.Xaçatryan istisna olmaqla, qalanların hamısı ölkənin Təhlükəsizlik Şurasının üzvləridir:

“Bu insanları birləşdirən nədir? Hər kəs dövlət karyerasını və şöhrətini sırf Paşinyana borcludur. Nikol Vovayeviç 2018-ci ildə “məxməri inqilabı”ı başlatmasaydı, onlar sıravi insanlar olaraq qalacaqdılar və heç kim onların adlarını bilməyəcəkdi. Amma həyat belə oldu.

“Onluğun” çoxu N.Paşinyanın özü kimi müxalifətçi “Mülki müqavilə”nin (A.Simonyan, A.Mirzoyan, S.Papikyan) “şinelindən çıxıb” və ya Amerika ilə bağlı təşkilat və layihələrdə (Soros nəzərcə tutulur - red.) çalışıb (A. Qriqoryan, A.Martirosyan)”.

Tarix
2022.11.05 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar?

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla