Yuxarı

“Cenevrə-2” İran olmadan keçiriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Cenevrə-2” İran olmadan keçiriləcək

BMT Baş katibi Pan Gi Mun "Cenevrə-2" konfransının İranın iştirakı olmadan keçirilməsinə qərar verib. Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası (SMDK) isə konfransda iştirak edəcəyini açıqlayıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT sözçüsü Martin Nesirski jurnalistlərə açıqlama verərək, Baş katib Pan Gi Munun həll müddətinə qatqısı ola biləcək bütün tərəflərin Montrödəki beynəlxalq toplantıda olmasını istədiyini və bu məqsədlə İranı da dəvət etdiyini xatırladaraq belə bildirib:

"Pan Gi Mun bu gün İrandan edilən açıqlama ilə ona verilən sözlərin ziddiyyət təşkil etməsindən çox təəssüflənib. İranın Cenevrədə keçiriləcək konfransın dəstəklənilməsi ilə bağlı toplantının xaricində qalmağı seçməsinə görə Baş katib Pan Gi Mun Montrödə baş tutacaq bir günlük toplantının İranın iştirakı olmadan keçirilməsinə qərar verib".

SMDK iştirak edəcək

Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası (SMDK) "Cenevrə-2" konfransında iştirak edəcəyini bildirib.

SMDK mətbuat ofisində açıqlama verərək, BMT-nin baş katibi Pan Gi Munun iştirak şərtlərini yerinə yetirməyən İranın konfransa dəvət edilməsi qərarını geri götürməsini məmnuniyyətlə qarşıladığını bildirib.

İran sözçüsünün açıqlaması

İranın BMT nümayəndəliyi sözçüsü Əli Yusifi İranın şərtləri qəbul etməyəcəyini və "Cenevrə-2" konfransına qatılmayacağını bildirib.

Yusifi Tvitterdən etdiyi açıqlamada belə deyib: "İran şərtləri qəbul etməyəcək və "Cenevrə-2" konfransına qatılmayacaq".

Tarix
2014.01.21 / 12:27
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla