Yuxarı

İran terrora ən çox əl atan dövlətdir - Mİ-5

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran terrora ən çox əl atan dövlətdir - Mİ-5

İran terrora ən çox əl atan dövlətdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Birləşmiş Krallığın Kəşfiyyat Xidmətinin (Mİ-5) baş direktoru Ken Makkallum ənənəvi illik “Ölkələrə qarşı təhdidlər” adlı hesabatı ilə əlaqədar bildirib.

"Mən terrora ən çox əl atan dövlət olan İrandan gələn təhlükəni qeyd etmək istəyirəm. İranda mövcud etiraz dalğası totalitar rejim haqqında fundamental suallar yaradır. Bu, dərin dəyişikliklərin göstəricisi ola bilər. Lakin istiqamət hələ ki, qeyri-müəyyəndir. Hələlik biz rejimin tənqidçiləri susdurmaq üçün zorakılığa əl atdığını görürük. İran proksiləri ilə birlikdə regionda və onun hüdudlarından kənarda sabitliyi dərindən pozan faktor olaraq qalmaqdadır. İran Rusiyaya dronlar təmin etməklə dəstək verir.

İran rejimin düşməni kimi qəbul edilən Böyük Britaniyada yaşayan şəxsləri oğurlamaq və ya hətta öldürmək niyyətini ortaya qoyur. Yanvar ayından bəri ən azı on dəfə bu cür potensial təhlükənin şahidi olmuşuq. Biz, tamamilə qəbuledilməz bu fəaliyyəti pozmaq üçün yerli və beynəlxalq tərəfdaşlarla yaxından işləyirik. Ölkəmizin xarici işlər naziri İran rejiminə açıq şəkildə bildirib ki, Böyük Britaniya ölkəsində yaşayan jurnalistlərə və ya hər hansı bir şəxsə qarşı hədə-qorxu və ya həyat təhdidlərinə dözməyəcək”, - o deyib.

Tarix
2022.11.25 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla