Yuxarı

AB miqrantlara qarşı daha da qəddarlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB miqrantlara qarşı daha da qəddarlaşır

AB ölkələri öz sərhədlərində miqrantlara və sığınacaq axtaranlara qarşı getdikcə daha çox zorakılıq nümayiş etdirir.

Axar.az xəbər verir ki, bunu Sərhəd Zorakılığının Monitorinqi Şəbəkəsinin baş siyasi analitiki Hope Barker deyib.

“Əlimizdə video-sübutlarımız, kadrlarımız, tibbi sənədlərimiz və 1000-dən çox ifadəmiz var. Və bu, yalnız toplaya bildiyimiz məlumatlardır. Təkcə ötən il miqrantların yalnız 5%-i Avropadan qovulma zamanı həddindən artıq zorakılığa məruz qalmadıqlarını bildiriblər. Ölkədən çıxarılmadan əvvəl təxminən 25 min miqrantın necə döyüldüyünü, alçaldıldığını və həbs edildiyini sənədləşdirmişik”, - o bildirib.

Şəbəkənin digər üzvləri birbaşa məsuliyyəti Avropa Komissiyasının üzərinə qoyublar:

“Komissiya insanları sığınacaq hüququndan məhrum edən üzv dövlətlərə qarşı fəaliyyətsiz qalır. Eyni zamanda, media azadlığı da təzyiqlə üzləşir. Bu proses təkcə potensial sığınacaq axtaran şəxslərə deyil, həm də sözügedən çətinlikləri işıqlandıranlara da təsir edir”.

Tarix
2022.12.09 / 10:21
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla