Yuxarı

Gürcüstanda cinayətkar dəstə ifşa edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda cinayətkar dəstə ifşa edildi

Gürcüstanda 100 milyon dollardan çox vəsaiti leqallaşdırmağa cəhd göstərən transmilli cinayətkar dəstə üzvləri ifşa olunub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Bir neçə ölkədə eyni vaxtda aparılan araşdırma zamanı məlum olub ki, onlarda olan pul saxtakarlıq, kiber fırıldaqçılıq və sənədlərin saxtalaşdırılması nəticəsində xaricdən alınıb.

Faktla bağlı Gürcüstanda 3 nəfər və 13 şirkətə qarşı cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər pulların mənşəyini gizlətmək üçün Gürcüstana pul köçürüb və firmalar arasında bir sıra bank əməliyyatları aparıb, sonra isə onu daşınmaz əmlaka yatırıblar.

Məhkəmə onların təxminən 70 milyon dollar, 1,760 milyon avro və əmlakına, o cümlədən Kobuletidə 11 milyon lariyə alınmış 21 min kvadratmetrlik torpaq sahəsinə həbs qoyub.

Təqsirləndirilən şəxsləri xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması maddəsi ilə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

Onlarla əlbir olan hüquqi şəxslər külli miqdarda cərimə olunub və fəaliyyət hüququndan məhrum edilirlər.

Tarix
2023.01.27 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla