Yuxarı

İran dəstəkli qrup Türkiyə bazasını atəşə tutdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran dəstəkli qrup Türkiyə bazasını atəşə tutdu

12:26

"Əhrar əl İraq" terrorçu qruplaşması Türkiyə Ordusunun İraqın Mosul şəhərindəki Başika hərbi bazasını artilleriya qurğuları ilə atəşə tutub.

Axar.az xəbər verir ki, bu haqda “ATARAKSİA” Teleqram kanalı məlumat yayıb.

Məlumatda qruplaşmanın məsuliyyəti öz üzərinə götürdüyü haqqında yazılı açıqlama verdiyi qeyd olunub.

Türkiyə Müdafiə Nazirliyi terror hücumu zamanı heç bir tələfatın olmadığını bildirib. Məsələ ilə bağlı mətbuata açıqlama verən Türkiyə milli müdafiə naziri Hulusi Akar ən son terrorçu zərərsizləşdirilənədək mübarizənin davam edəcəyini vurğulayıb:

“Suriyanın, İraqın şimalında fasiləsiz və artan şiddətlə, artan sürətlə, terror və terrorçunu qaynağında yox etmək məqsədilə fəaliyyətlərimizi davam etdiririk. Mehmetcik şiddətli soyuğun və qarın olmasına rəğmən daha da artan əzmkarlıqla və böyük bir qəhrəmanlıqla mübarizəni davam etdirir. Zaman-zaman təxribatlar, hücumlar olur. Bunlara qarşı da anında misli ilə lazımi cavab verilir. Bundan heç kimin şübhəsi olmasın. Ən son terrorçu məhv edilənədək bu mübarizə davam edəcək”.

Qeyd edək ki, terrorçu qruplaşmanın İran tərəfindən dəstəkləndiyi bildirilir.

Tarix
2023.02.01 / 13:41
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla