Yuxarı

Putin Obama ilə razılaşdı – Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Obama ilə razılaşdı – Təcili

Ağ Ev ABŞ Prezidenti Obama və Rusiya lideri Vladimir Putin arasında baş tutan görüşlə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, yarım saatdan çox çəkən görüşün konstruktiv keçdiyini deyən rəsmi Vaşinqton Suriya böhranının müzakirə edildiyini bildirib.

"Hər iki lider Suriyada atəşkəsin elan edilməsi və BMT-nın vasitəçiliyi ilə tərəflərin müzakirə masasına oturması barədə razılığa gəlib", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, dünən Avstriyanın paytaxtı Vynada keçirilən Suriya müzakirəsində atəşkəs qərarı verilib.

ABŞ Dövlət katibi Con Kerri 6 ay ərzində Suriyada keçid hökumətinin yaradılacağı, 18 ay ərzində isə seçkilərin keçirilməsi ilə bağlı qərar verildiyini bildirib.

Vyana görüşündə iştirak edən 17 ölkə danışıqların nəticəsinə dair birgə bəyanat imzalayıb.

Kerri Əsədlə bağlı konkret nəticə olmadığını, ancaq növbəti ilin yanvar ayının 1-dən Suriya hökuməti və müxaliflər arasında siyasi dialoqun aparılması ilə bağlı təkliflə həmfikir olduğunu vurğulayıb.

Tarix
2015.11.15 / 20:46
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla