Yuxarı

Ərdoğan yenidən prezident seçilsə... - Görəcəyi işləri açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan yenidən prezident seçilsə... - Görəcəyi işləri açıqladı

Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, vətəndaşlarının can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır:

“Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə gələcək dövrdə də terrorla mübarizəni davam etdirəcək: “Hüquqi dövlət sistemizi gücləndirəcəyik. Terror təşkilatlarının siyasətə müdaxiləsinə göz yummayacağıq. Tələbələrimizə aylıq 10 GB-lıq pulsuz internet verəcəyik. Əhalimizin yoxsullaşmasının qarşısını alacağıq. Turizm sahəsinə də əlavə investisiya ayıracağıq”.

Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.

Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.

Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

Tarix
2023.04.11 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla