
Yol polisi sürücülərə xəbərdarlıq etdi
11:45
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Son iki həftədə 3 mindən çox islandiyalı şumerlərin tanrılarına inanan Zuizm təriqətinə üzv olub.
Axar.az xəbər verir ki, bu statistika əhalinin 1 faizinin dinini dəyişməsi anlamına gəlir.
İslandiyada 3 min nəfərin bu addımı atmasına səbəb dövlətin din vergisi toplamasına etirazdır. Onlar bu verginin ləğvini tələb edir. Ölkədə hər bir vətəndaşdan illik 80 dollar din vergisi yığılır.
Bu vəsait dövlət qeydiyyatında olan dini icmalara paylanır. İslandiyada 40-a yaxın dini qurum dövlət qeydiyyatından keçib. Zuizm təriqətinə qoşulmaqla 3 min nəfər din vergisindən özünü azad etmiş olacaq.
Çünki bu təriqətin icması dövlət qeydiyyatına alınmayıb, üstəlik, üzvləri də onlara gələcək vergi pulundan imtina edəcəklərini açıqlayıblar.
Tarix
2015.12.09 / 21:39
|
Müəllif
Emil Salamoğlu
|