Yuxarı

Polşa-Ukrayna gərginliyinə Kremldən reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşa-Ukrayna gərginliyinə Kremldən reaksiya

Polyakların Ukraynaya qarşı çoxlu iddiaları var. Bu iki ölkə arasında ziddiyyətlər daha da artacaq.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, ölkələr arasında baş vermiş müxtəlif tarixi hadisələr onların müasir münasibətlərində də dərin iz qoyub:

“Orada çoxlu ziddiyyətlər var və bunlar daha da böyüyəcək. Biz bunu çox diqqətlə müşahidə edirik. Çünki Ukrayna bütün rusofobik hərəkatın mərkəzində dayanan ölkədir. Həmçinin polyaklar da bizə qarşı elə də mehriban deyillər”, - Peskov bildirib.

Qeyd edək ki, Polşa Prezident Administrasiyasının beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç yerli mediaya müsahibəsində Ukrayna taxılının Polşa vasitəsilə ixracının qarşısının alınması ilə bağlı vəziyyət haqda danışarkən, Kiyevin Varşavadan böyük dəstək aldığını, bunun Ukrayna tərəfindən qiymətləndirilməsinin lazım olduğunu deyib. Buna cavab olaraq Ukrayna XİN Polşa səfirini çağıraraq, etirazını bildirib.

Ukrayna Prezident Ofisi də Kiyevin Polşanın göstərdiyi yardımı dəyərləndirməməsi ilə bağlı iddiasını əsassız adlandırıb. Polşa da Ukrayna səfirini buna görə çağıraraq, narazılıq edib.

Ukrayna lideri Zelenski isə Polşaya yardımlara görə minnətdar olduğunu bir daha bildirərək, Ukrayna və Polşa xalqlarının azadlığı, eləcə də Avropanın dəyərləri və ümumi rus düşməni üzərində qələbənin hər şeydən üstün olduğunu vurğulayıb və emosiyaların soyuması üçün çağırış edib.

Tarix
2023.08.03 / 08:00
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla