Yuxarı

Şah İsmayıla fars deyən redaktora sərt cavab - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şah İsmayıla fars deyən redaktora sərt cavab - Video

Türkiyənin "Bengü türk" telekanalında yayımlanan "Ters açı" proqramının aparıcısı Murat İde Şah İsmayıl Xətaiyə fars deyən "Yeni Şafak" qəzetinin baş redaktoru İbrahim Karagülə sərt cavab verib.

Publika.az xəbər verir ki, İ.Karagül son günlər İran-Rusiya-Suriya ittifaqının Türkiyəyə qarşı hücumlarından bəhs edərək, İranı tənqid edir və belə yazır: "Sən Şah İsmayıl olarsan, ortaya bir Yavuz çıxar".

Göründüyü kimi, İranı tənqid etməyə, onun siyasi oyunlarını ifşa etməyə hesablanmış bu yazıda həm də Azərbaycan tarixi təhrif olunur və bütün türk dünyasının "böyük türk" deyə bəhs etdiyi Şah İsmayıl "fars şahı" olaraq təqdim olunur. İ.Karagülün yanlışları ortadadır. Lakin bizi qabaqlayan Murat İde ona layiqincə cavab verir.

"1. İran və nifaqını tənqid etməyə sözüm yoxdur. Amma əsl türk olan Şah İsmayılı fars kimi təqdim etməkdən utanmadınmı?

2. Türkiyə İran-Rusiya-Suriya ittifaqı qarşısında çətinliyə düşərkən, Azərbaycan nə dedi?!: "Mən qardaşıma təbii qaz verəcəm, həm də daha ucuz qiymətə". Azərbaycanlı qardaşlarımızdan utanmadınmı?

3. 2009-cu ildə Bakıya getmişdin. Birlikdə getdiyin jurnalistlərdən eşitdim. "Əliniz soyuq sudan isti suya dəyməmiş". O, qonaqpərvərliyi göstərən türkdən də utanmadın?

4. İran kimi nifaq salmadığınız yer qalmadı, növbə türklərəmi çatdı? Çaldıran acısına rəğmən, bu gün "Şah da bizim, Sultan da" deyən bu milləti indi də nifaqlamı ayırırsınız?

5. İrana söz atdım deyərkən, İran ağzı ilə yazırsan. Prezident Ərdoğan Azərbaycandan qayıdarkən təyyarəsində sənə "adam kimi yaz" dedi. Yenə eyni sözləri desinmi?" – deyə M.İde hazırladığı videosujetdə bildirib.

Daha sonra o, "İran zamanında Şah İsmayıldan qorxdu, bu gün onun 35 milyonluq övladından qorxur" deyə qeyd edir.

Tarix
2015.12.28 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla