Yuxarı

AKM terrorçuların əsas silahıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AKM terrorçuların əsas silahıdır

2015-ci ildəki teraktların böyük əksəriyyəti "Kalaşnikov" avtomatı ilə həyata keçirilib.

Axar.az xəbər verir ki, "Qardian" qəzeti Avropa polislərinin bu silahları radikal islamçılara kimin satdığını müəyyən etməyə çalışdığını bildirib:

"Hazırda dünyada təxminən 200 cür "Kalaşnikov" tipli silah istehsal edilir. Bunun əsas istehsalçısı Çindir. Çinlə bərabər, dünyanın 30 ölkəsi "Kalaşnikov"un qanunu istehsalçısıdır. Çin bu avtomatları əsasən Afrika ölkələrinə ixrac edir. Bundan sonra isə həmin ölkələrdəki əsgərlər onları ucuz qiymətlə qara bazarda satırlar. Liviya da artıq əsas ixracatçılar siyahısındadır. BMT-nin sonuncu hesabatına əsasən, Liviya 14 ölkəyə qanunsuz olaraq avtomat ixrac edib. "Kalaşnikov" avtomatının böyük hissəsinin 35 il əvvəl Balkan, keçmiş SSRİ və Şimali Afrika ölkələrində istehsal olunmasına baxmayaraq, hələ də istifadəyə yararlı on milyonlarla avtomat var. Məhz bunu əldə etmək imkanlarının asan olması "Kalaşnikov"u Avropadakı terrorçuların əsas silahına çevirib".

Tarix
2015.12.31 / 01:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla