Yuxarı

İŞİD Türkiyəyə qorxunc rus silahıyla hücum edib – Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD Türkiyəyə qorxunc rus silahıyla hücum edib – Şok

İraqın şimalında yerləşən Başika düşərgəsinə hücum edən İŞİD terrorçularının Rusiya istehsalı raketlərlə silahlandığı məlum olub.

Axar.az xəbər verir ki, hücum əmri Başika düşərgəsinin 8 kilometr cənubunda, Hayl Səddam bölgəsində yerləşən İŞİD qərargahından verilib. Terrorçular Sovet İttifaqı dövründə istehsal olunan "Katyuşa" raketləri ilə bazaya hücum etməyə çalışıb.

Xatırladaq ki, terrorçuların hücumu nəticə verməyib. Qarşıdurma nəticəsində 17 İŞİD üzvü öldürülüb. Türkiyə qüvvələri itki verməyib.

Məlumat üçün qeyd edək ki, Katyuşa - BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular II Dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilib. Almanlar buna "Stalin orqanı" adını verib. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı.

Adi artilleriya qurğularına nisbətən "Katyuşa" qısa müddətdə bir neçə raket ata bilir. Bununla düşmən tərəfini qorxuya salır və eyni zamanda onlara cavab imkanı vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmazlıqları vardır. "Katyuşa" raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri-dəqiqdir. Digər tərəfdən batareyanın yüklənməsinə çox vaxt lazım gəlir.

Tarix
2016.01.08 / 16:12
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla