I və II Dünya müharibələrindən əvvəl biz bunun şahidi
olmuşuq, hamı özünə müttəfiq axtarırdı.
Deməli, bu diversiyanın başında duranların hədəfi İran və
Türkiyəni bir-birinə qarşı qoymaqdır. Qütbləşmənin tələb etdiyi
mübarizə texnologiyasının şərtlərinə görə.
I və II Dünya müharibələrindən əvvəl biz bunun şahidi olmuşuq.
Hamı özünə müttəfiq axtarırdı. Amma indi həmin o cahan
savaşlarından fərqli olaraq hərbi blok var - NATO.
O vaxt belə bir blok yox idi. Dövlətlər bir-birilə
dostlaşırdılar, müvəqqəti müttəfiqlik yapırdılar və sonra da
ayrılırdılar.
Məsələn, Türkiyə II Dünya müharibəsinin əvvəlində Almaniyanın
tərəfində idi. 1945-ci ildə isə Birləşmiş Ştatların diqtəsi ilə o,
Almaniyaya müharibə elan etməyə məcbur oldu. SSRİ, İngiltərə,
Amerika müvəqqəti birlikdə idilər. Və elə ona görə də müharibə
qurtaran kimi 1946-cı ildə Çörçil bu filologi-birliyi vurub
dağıtdı. İnd idə müvəqqəti ittifaqlar yaranır. Bunlardan biri də
Rusiya-İran tandemidir. Amma bundan o yana getmir. Çünki kollektiv
təhlükəsizlik müqaviləsi üzvləri - Rusiyanın müttəfiqləri özünü çox
soyuqqanlı aparırlar. Açıq rusiyapərəst mövqe nümayiş etdirmirlər.
Necə deyərlər, 3-cü Aleksandrın məntiqi işləyr.
Rusiyanın iki etibarlı müttəfiqi var - biri donanmadır, digəri
ordu. İndi isə tarixdə görünməmiş alyans yaranır. Hətta
Azərbaycanın parçalanmasında böyük rolu olan bu iki tarixi düşmən
dövlət bu gün bir yerdədirlər.
Rusiya bəzən blok lideri kimi belə bəyanatlar verir ki, biz də
varıq. Biz, yəni Rusiya, İraq, İran və Suriya. Amma aydındır ki, bu
o deyil. Çünki İraq ABŞ-ın ciddi təsiri altındadır. Suriya isə bir
dövlət olaraq artıq demək olar ki, yoxdur, parça-parçadır. Var
Bəşər Əsəd. Yəni olsa-olsa Rusiya-İran və Bəşər Əsəd
müttəfiqliyindən söhbət gedə bilər.
Əsəd isə bu halında daha çox istənilən ittifaqa kömək yox,
problem artıran adamdır. Digər tərəfdə isə NATO və onun xususi
qaydaları var. İndi həm də Ərəbistanının elan etdiyi sünni
koalisiyası yaranır.
Unutmayaq ki, butün bu hadisələr məhz Ərdoğanın Ərəbistana
səfərindən sonra vüsət aldı. Ən Nimr Ərdoğan geri qayıdandan 3 gün
sonra edam olundu. Özlüyündə Ərəbistanın elan etdiyi koalisiya da
çox möhkəm deyil.
Bu prosesin başqa və daha dəqiqə oxşayan adı bəzi müsəlman
ölkələrin NATO-ya qoşulmasıdır. Səudiyyə Ərəbistanı NATO-un dostu,
Türkiyə isə NATO-nun rəsmən üzvü.
Bəhreyn, Qatar kimi dövlətlər isə yeni mövqelərində avtomatik
olaraq NATO-ya qoşulmuş olurlar. Və nə baş verir? Genişlənmiş NATO.
NATO isə Rusiya-İran müttəfiqliyinə qarşıdır. Gəlin açıq danışaq.
Ərəbistanda bundan da ciddi böhran əlamətləri olub.
Məsələn, 80-ci illərdə Məkkədə hətta atışma olmuşdu. Ölənlər var
idi. Diplomatik əlaqələr kəsilmişdi. Amma 3-4 aya bərpa olundu. Bu
gün də İran və Səudiyyə Ərəbistanının arasında soyuqluq var idi.
Ötən Həcc ziyarətində baş vermiş faciəvi hadisədən sonra bu
münasibətlər lap korlandı.
Tehran Ər-Riyadı ölənlərin arasında əslində rəsmən etiraf
edildiyindən daha çox iranlının olduğunu iddia edərək vəziyyəti
diplomatik böhran həddinə çatdırdı. Amma şiə liderinin ölümündən
sonra vəziyyətin bu həddə çatması gözlənilən deyildi. Nə İranda bir
sünninin burnu qanayıb, nə də Ərəbistanda şiələrin soyqırmı baş
verib. Cəmi 3 nəfər şiə edam edilib, amma 44 nəfər sünni
məzhəbindən olan müsəlman öldürülüb. Bəs onda niyə Ər-Riyad və
Tehran məhz bu hadisədən sonra düşmən oldular.
Bayaq dediyimiz mətləbə qayıdıram. İran neft bazarına girmək
ərəfəsindədir. Rusiyanın müttəfiqi kimi. Səudiyyə Ərəbistanının da
iştirakı ilə neftin qiyməti fantastik dərəcədə aşağı salınır və
bütün bunlar da ona görə edilir ki, Rusiya və İran çöksün. Amma
daha çox Rusiyaya vurulan zərbədir. Onsuz da İran belə yaşamağa
öyrəşib. Neçə illərdir ki, təcriddə olub. Onun iqtisadiyyatı da
hövzə şəraitində fəaliyyət göstərməyə alışıb.
Rusiyaya isə yeni şəraitdə çox ağırdır. Dollar qalxır… Rubl
düşür… Fantastik həddə qədər. Və bu təkcə məzənnə məsələsi deyil.
Bu gücün və qüdrətin göstəricisidir. Rusiya və İran öz müttəfiqləri
ilə bir, Ərəbistan, Türkiyə və onların məxsus olduğu düşərgə isə
başqa qütbdədir. İran artıq çox irəli gedib. O, Səudiyyə
Ərəbistanının ərazi bütövlüyünü belə pozub. Kütlə bu ölkənin
Tehrandakı səfirliyinə soxulub, yanğınlar törədib və s.
Bu olaylarda Azərbaycanın vəziyyəti xüsusidir. İranda yaşayan
həmdil və həmdinlərimiz var. Onların baş ağrısı bizim də başımızın
ağrısıdır. Ona görə də bu hadisələr zamanı başlı başını
saxlasın…