Yuxarı

Avropada balans pozulur: Belqrad raket alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belqrad Moskvadan yeni raket əleyhinə müdafiə sistemləri almaq istəyir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Kommersant" qəzeti yayıb. Qəzet Serbiyanın bu addımı atmasına Balkanlarda balans yaratmaq istəyinin səbəb olduğunu bildirib:

"Belqrad Moskvaya Xorvatiyanın ABŞ-dan MGM-140 ATACMS taktiki raket qurğuları almaq istəməsini bəyan etdikdən sonra müraciət edib. Bu raket qurğuları vasitəsilə 300 kilometr məsafədəki hədəfləri məhv etmək mümkündür. Serb hərbçiləri hesab edir ki, bu addım Balkanlarda hərbi balansı pozacaq. Üstəlik, Belqrad onları NATO-ya çağıran qüvvələrin belə bir addım atacağını gözləmirdilər. Artıq Serbiyanın müraciəti xüsusi komissiya tərəfindən incələnir və bu işlər yanvarın sonuna qədər davam edəcək. Serb hərbçilər orta mənzilli Buk, Tor və kiçik mənzilli Pantsir-S1 raketdən müdafiə sistemləri ilə maraqlanıb. S-300-lərə gəlincə isə Baş nazirin müavini Dmitri Roqozinin Belqrada səfəri zamanı bu məsələyə toxunulmayıb. Serblər hələlik böyük pullar xərcləmək niyyətində deyillər. Raketdən müdafiə sistemləri ilə yanaşı, Moskvadan 10 ədəd MiQ-29, 11 ədəd MiQ-21 və J-22 Orao qırıcılarının alınması planlaşdırılır".

Qeyd edək ki, bundan öncə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin Serbiyaya səfər edib. Səfər zamanı tərəflər arasında hərbi əməkdaşlıq müzakirə olunub. Roqozin Serbiyanın Baş naziri Aleksandr Vuçiçə S-300 zenit raketinin maketini hədiyyə edib.

Tarix
2016.01.15 / 15:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla