Yuxarı

PKK rus və çeçenlərlə ittifaq qurur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
PKK rus və çeçenlərlə ittifaq qurur

PKK rəhbərləri rus və çeçen əsilli qruplaşmalarla əməkdaşlıq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Siyasi, İqtisadi və İctimai Araşdırmalar Mərkəzinin (SETA) İstanbul üzrə koordinatoru Fəxrəddin Altun deyib.

O, PKK-nın sensasion təxribatları həyata keçirmək üçün elə də güclü imkanlara sahib olmadığını bildirib:

"PKK beynəlxalq arenada özünə tərəfdaş axtarışlarına çıxıb. Bu terror təşkilatı ittifaq strategiyası yaratmaq istəyir. Kürd Toplumları Birliyi (KTB) cəmiyyətə psixoloji təsir etmək üçün dəfələrlə çağırışlar etdilər. Bu çağırışlarla onlar əslində cəmiyyəti çaşdırmaq, əsl hədəfdən yayındırmaq istədilər. Lakin bunun nəticəsiz qaldığının hamımız şahidi olduq".

Altun onu da əlavə edib ki, PKK yalnız DHKP-C və MLKP kimi terror təşkilatları ilə əməkdaşlıq etmir:

"PKK beynəlxalq arenalarda terror aktı həyata keçirə bilən qruplaşmalarla da əməkdaşlıq etməyə çalışır. Burada ideoloji yaxınlıq rol oynamır. Əsas məqsəd hədəflərin üs-üstə düşməsidir. PKK asanlıqla rus və iranlılarla əməkdaşlıq edə bilər. Hazırda rus və çeçen əsilli terror qruplaşmaları ilə əməkdaşlıq etmək niyyətləri var. PKK bununla sensasion təxribatlar həyata keçirmək istəyir. Lakin heç bir qruplaşmalarla əməkdaşlıq edə bilməyəcək. Çünki PKK-nın çağırışlarına əhəmiyyət vermirlər. PKK Türkiyənin cənub-şərqində ancaq əsgərlərə qəfil hücum etməyi bacarır. Bundan artığını da etməyə gücü çatmır".

Tarix
2016.01.18 / 20:38
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla