Yuxarı

Rusiyanın bu qərarından təəssüflənirik - Türkiyə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu qərarından təəssüflənirik - Türkiyə

Biz Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxmaq qərarından təəssüflənirik.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“CFE müqaviləsinin təməl daşlarından biri olduğu Avropa təhlükəsizlik arxitekturası, xüsusən 2007-ci ildən bəri tədricən dağılır. Təəssüf ki, Rusiyanın 2023-cü il noyabrın 7-də CFE müqaviləsindən çıxmaq qərarı qüvvəyə mindikdən sonra digər iştirakçı dövlətlər tərəfindən müqavilənin həyata keçirilməsi praktiki olaraq qeyri-mümkün oldu. Bu şərtlər altında Türkiyə digər NATO müttəfiqləri və CFE üzvləri ilə birlikdə müqavilənin icrasını tələb olunan müddətə dayandırmaq məcburiyyətində qaldı", - XİN-in bəyanatında vurğulanıb.

XİN qeyd edib ki, yaşadığımız fövqəladə dövrdə silahlara nəzarət, tərk-silah və silahların yayılmaması sahəsində sazişlərin tam icrasına qayıtmaq beynəlxalq təhlükəsizlik üçün həmişəkindən daha vacibdir.

Tarix
2023.11.08 / 02:33
Müəllif
Axar.az
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla