Yuxarı

Zelenski Lukaşenkonun oğullarına sanksiyalar tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Lukaşenkonun oğullarına sanksiyalar tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun oğulları Viktor və Dmitri Lukaşenkoya qarşı 10 il müddətinə sanksiyalar tətbiq edib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc edilib.

Sanksiyalar siyahısına Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko da daxildir. Ümumilikdə məhdudiyyətlər ölkənin 16 vətəndaşına şamil edilib.

Sanksiyalara aktivlərin dondurulması, kommersiya əməliyyatlarının, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi və Ukrayna dövlət mükafatlarından məhrum edilmə daxil olmaqla standart tədbirlər daxildir.

Bundan əlavə, Ukrayna 11 hüquqi şəxsə qarşı da sanksiyalar tətbiq edilib. Bunlara Minsk Termoplast Zavodu, Minsk Mülki Aviasiya Zavodu, Vitebsk Elektrik Ölçmə Cihazları Zavodu və Borisov Plastik Məmulatlar Zavodu daxildir. Şirkətlərə qoyulan məhdudiyyətlər də 10 il müddətinə müəyyən edilib və eyni tədbirlər siyahısını əhatə edir.

Tarix
2026.04.30 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla