Yuxarı

Bu ölkə "vətəndaşlıq almaq" qaydalarını sərtləşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə "vətəndaşlıq almaq" qaydalarını sərtləşdirir

İyunun 6-dan İsveçdə vətəndaşlıq almaq üçün daha sərt qaydalar qüvvəyə minəcək. Bu qaydalar bütün müraciət edənlərə, hətta bir neçə il əvvəl müraciət edənlərə də şamil ediləcək. Müxalifətin keçid qaydalarını tətbiq etmək cəhdi parlament tərəfindən 146-ya qarşı 147 minimal üstünlüklə rədd edilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, yeni qaydalara görə, vətəndaşlıq almağa görə müraciət üçün minimum yaşayış müddəti beş ildən səkkiz ilə qədər artırılır. Həmçinin 16 yaşdan yuxarı şəxslər üçün İsveç dili və sosial elmlərdən məcburi imtahanlar da tətbiq olunur. Onların tətbiqi oktyabrın 1-nə qədər təxirə salına bilər. Əlavə olaraq, gəlirlə bağlı tələb müəyyən edilir - ildə ən azı 241 800 kron (təxminən 22 min dollar), eləcə də ədəbli həyat tərzi meyarları sərtləşdirilir.

Sol Partiyasının nümayəndəsi Toni Haddu hesab edir ki, insanlar müraciət zamanı qüvvədə olan qaydalara güvənmək imkanına malik olmalıdırlar. Yaşıllar Partiyası xəbərdarlıq edib ki, dəyişikliklər uzunmüddətli işləmə səbəbindən qərar gözləyən on minlərlə ərizəçiyə təsir edəcək.

Eyni zamanda, hakim partiyaların nümayəndələri vurğulayıblar ki, qaydaların sərtləşdirilməsi təhlükəsizliyin artırılması və cinayətkarlıqla əlaqələri olan şəxslərin vətəndaşlıq almasının qarşısının alınması məqsədi daşıyır və yeni qaydalar mümkün qədər tez tətbiq edilməlidir. Nəticədə qanun 258 səs çoxluğu ilə, 33 səs əleyhinə olmaqla qəbul edilib, 58 üzv isə iştirak etməyib.

Tarix
2026.04.30 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla