
İsti havada dönər, burger yeyənlərin diqqətinə!
02:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukrayna müdafiə naziri Rüstəm Umerov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, tərəflər Ukraynada döyüş meydanında gedişatı və Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 23-də keçiriləcək virtual görüşünü müzakirə ediblər.
“Nazir Ostin bir daha təkrar etdi ki, ABŞ və alyansın 50-yə yaxın üzvü və tərəfdaşından ibarət koalisiyamız Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiqdir”, - o əlavə edib.
Tarix
2024.01.17 / 00:17
|
Müəllif
Axar.az
|