Yuxarı

Rusiyalı iş adamı və arvadı təyyarə qəzasında həlak oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı iş adamı və arvadı təyyarə qəzasında həlak oldu

11:58

Hindistandan Moskvaya uçan “Falcon 10B” sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, təyyarədə 6 nəfər olub. Onlardan ikisinin rus olduğu bildirilir.

Təyyarənin Bədəxşan əyalətində texniki çatışmazlıq səbəbindən qəzaya uğradığı bildirilir.

***

Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurdu.

Bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb.

Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi ilə yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib.

“İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir.

“Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir.

Bədəxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan itib və dağlıq əraziyə düşüb.

***

Əfqanıstanda qəzaya uğrayan təyyarədə Rusiyanın Volqodonsk vilayətindən olan sahibkar Anatoli Yevsyukov və arvadı Anna həlak olublar.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Dörd nəfər, o cümlədən pilot isə təyyarə qəzasından sağ çıxıb.

Tarix
2024.01.21 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla