Yuxarı

Nikol mövqeyini itirir, Simonyan hakimiyyətə can atır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol mövqeyini itirir, Simonyan hakimiyyətə can atır

Son günlər baş verənlər göstərdi ki, hakimiyyət daxilində, ruslar demişkən, “gəmidə üsyan” var. Düşünürəm ki, baş verənlər sırf daxili siyasi məsələdir və dünya oyunçularının bununla heç bir əlaqəsi yoxdur. Bu, gözlənilən proses idi və hökumət daxilində aşkar böhran görürük.Bir ildir bu haqda danışıram ki, Ermənistanda hakimiyyət dəyişikliyi küçədə deyil, hakim elita daxilində baş verə bilər.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.

“İndiki erməni reallıqları, yəni Feysbukda qardaşına dəstək olaraq şəkil yerləşdirən Alen Simonyanın demarşı göstərir ki, bu, nə demokratik, nə də avtoritar ölkədir, bura, sadəcə olaraq “bardaqdır”. Əslində, Simonyan bu əməli ilə Nikolu pis vəziyyətə salır. O, bu gücü və siyasi resursu “köhnələr”dən alır, çünki çox güman ki, özünü müəyyən mənada “köhnələr”lə körpü hesab edir. Ya da körpülərdən biri. Ermənistanın parlament ölkəsi olması baxımından Simonyan amili vacibdir. Çünki Paşinyan icra hakimiyyətinin, Simonyan isə qanunvericilik orqanın rəhbəridir. Belə hallarda biz əslində icra və qanunvericilik orqanlarının rəhbərləri arasında dərin böhranla üzləşirik. Bizim kimi parlamentli ölkələrdə bu böhranlar həll olunmasa, bütün sistemi çökdürə bilər. Burada bircə məntiqi həll var, kimsə istefa verməlidir və bu baş verməsə, yəni vəziyyət belə qalsa, o zaman hakimiyyətdəki bu “çatlar” daha da dərinləşəcək. Belə çıxa bilər ki, hakimiyyət daxilində insanlar Simonyanın simasında başqa bir mərkəzin olduğunu görüb Paşinyana qarşı çıxa bilərlər. Bu sadəcə aksiomdur. İndiyədək səssiz qalan və hakimiyyəti daxilində paralel mərkəzlərin yaradılması prosesini həll edə bilməyən Paşinyan faktiki olaraq öz mövqeyindən əl çəkir. Məsələ burasındadır ki, Ermənistanda 30 ildə siyasi meydan formalaşmayıb, amma dəstələr yaradılıb - əvvəllər dəstələr olub, indi də dəstələr var. Buna görə də qanqster qanunlarına əməl edirlər”, - o bildirib.

Tarix
2024.02.06 / 16:40
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

Şımkent-Bakı marşrutu bu sahədə əməkdaşlığı genişləndirəcək

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla