Yuxarı

Qərbə gediriksə, İranla əlaqə nə deməkdir? – Akopyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərbə gediriksə, İranla əlaqə nə deməkdir? – Akopyan

2010-2013-cü illərdə dünyada vəziyyət dəyişdi, Ermənistana həm Qərb, həm də Rusiyadan təzyiqlər artdı. İrəvan bir çox məsələlərdə güzəştə getməyə məcbur oldu.

Axar.az xəbər verir ki, bunu erməni analitik Vardan Akopyan deyib.

“2018-ci ildə isə Ukraynada olduğu kimi, Ermənistanın xarici siyasətini dəyişmək üçün rəngli inqilab planlaşdırıldı. Siyasət o qədər dəyişib ki, indi regionda və Ermənistanın xarici əlaqələrində nə baş verdiyini anlamaq çətindir. Yalnız bir məqsəd var: Rusiya və Rusiya hərbi bazalarını çıxarmaq. Bu 6 il ərzində hazırki hakimiyyət addım-addım ona yaxınlaşır. Sadəcə olaraq, Ermənistan antirusiya xarici siyasəti yürüdürsə, o zaman onun İran və ya Hindistanla inkişaf etdirdiyi münasibətlərin mənasının nə olduğu aydın deyil. Görürük ki, Ermənistan qeyri-ittifaq dövlətinə çevrilir, formal olaraq alyanslar var: MDB, KTMT, amma praktikada buna qarşı addımlar atılır. 2017-ci ildən İrəvana Qərbin təzyiqləri artıb, 2018-ci ildən isə Ermənistanın beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb. Məncə, İrəvan nə etdiyini bilmir, sadəcə olaraq kənardan müəyyən göstərişlərə əməl edir. Bu, azmış hakimiyyətin xarici siyasətidir, nəticədə Ermənistan bir çox xarici maraqların toqquşma meydanına çevrilib. Bu iqtidarın indiyə qədər xarici siyasət konsepsiyası yoxdur, ağlına gələni söyləyərək anlıq bəyanatlar verir. Xalqımız hamıya lazımsız olub, xalqın mənafeyini güdən liderimiz yoxdur. Belə davam edərsə, Ermənistan Sovet İttifaqı dövründə olduğundan daha betər, yad hökmdarlıq ərazisinə çevriləcək”, - o bildirib.

Tarix
2024.02.22 / 13:03
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla