Yuxarı

Nikol açıq-aşkar yalan danışdı: Qərbi ələ salır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyaya mövcud sanksiyaları nəzərə alırıq. Həm də ona görə yox ki, bizə təzyiq edirlər və ya bizdən tələb edirlər, ona görə ki, əgər biz bu sanksiyalara əməl etməsək, bu, onları yaradan ölkələrlə münasibətlərimizə təsir edəcək. Və bu ölkələrlə əlaqələr önəmlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” kanalına açıqlamasında “Qərb Ermənistanı Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur edirmi” sualına cavab verərkən deyib.

“Bu sualı verdiyiniz üçün çox şadam, çünki xüsusən də Avropa Birliyində zaman-zaman Ermənistanın sanksiyalara əməl etməməsi, sanksiyalar rejimini pozması ilə bağlı ittihamlar səslənir, lakin deyə bilərəm ki, axırıncı dəfə 2023-cü ildə biz bir neçə dəfə AB və ABŞ-ın nümayəndə heyətlərini qəbul etdik, onların məqsədi İrəvanın beynəlxalq öhdəliklərinə necə əməl etdiyini, sanksiyalar baxımından özünü necə apardığını müşahidə etmək idi. Və qeyd etməliyik ki, nə Avropa Birliyi, nə də Amerika Birləşmiş Ştatları bizimlə bağlı heç bir qeyd-şərt qoymayıb.

Avropa Birliyinin bəzi ölkələrində bəzi dairələr tərəfindən yayılan, həmçinin mətbuatda tirajlanan əks-təbliğat və dezinformasiya əsasında bəzən Ermənistanı ittiham edən bəyanatlar verilir. Amma bir daha deyirəm: həm Avropa Birliyi, həm də Amerika Birləşmiş Ştatları rəsmi şəkildə bəyan ediblər ki, bu məsələdə Ermənistanı günahlandırmaq üçün heç bir əsas yoxdur”, - Paşinyan bildirib.

Qeyd edək ki, 2022-ci ildə Ukrayna müharibəsi başlayandan az sonra Ermənistanın Rusiyaya ixracında kəskin artım meydana gəldi. İlin sonunda bəlli oldu ki, Ermənistandan Rusiyaya avtomobil ehtiyat hissələri, mikroçiplər və s. Avropa məhsullarının ixracı 12 dəfəyə qədər artıb. Rusiyaya sanksiya siyahısına düşən məhsulların Ermənistandan ixracı nəticəsində yalnız 2022-ci ildə Ermənistanın Rusiyaya ixracı 4 dəfə artdı və ticarət dövriyyəsi 5 milyadı aşdı. Tarixdə ilk dəfə Rusiya ilə ticarət dövriyyəsində Ermənistan müsbət saldo əldə etdi.

2023-cü ildə isə bu rəqəm yenidən fantastik həddə çatıb. Belə ki, əgər Rusiyaya sanksiyalar səbəbindən Ermənistanla dövriyyənin 6 milyardı aşacağı proqnozlaşdırılsa da, ötən gün rəsmi rəqəm çoxlarında təəccüb yaratdı: 2023-cü ildə Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi 7,3 milyard dollardan çox olub.

Bu, bir daha Ermənistanın Rusiyaya sanksiyaları hansı həcmdə dəldiyini sübut edir.

Tarix
2024.02.23 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla