Yuxarı

İran: “PKK səhv etsə, dərhal vuracağıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran: “PKK səhv etsə, dərhal vuracağıq”

Hazırda PKK-nın bütün mövqelərini vurmaq imkanımız var.

Axar.az xəbər verir ki, bu sözləri Tehranda keçirilən mərasimdə İranın Quru Qoşunları Komandanı, general Məhəmməd Pakpur deyib.

O, PKK-nın səhv edəcəyi halda lazımi cavabı alacağını bildirib:

"İraqın İranla sərhədi PKK terror təşkilatının nəzarətindədir. İraq əsgərlərinin bu bölgədə fəaliyyəti yoxdur. 2011-ci ilə qədər İranın şimal-qərbindəki bəzi dağlıq bölgələrdə biz yox idik və buralar terrorçuların rahatca hərəkət etdiyi ərazilərə çevrilmişdi. Hər həftə qurulan pusqularda əsgərlərimiz şəhid olurdu. Ölkə liderinin əmri ilə 2011-ci ildən etibarən bölgədə əməliyyatlar başlatdıq. Əsgərlərimiz 3 min metrlik yüksəkliklərə çıxmağı bacardı. Qüvvələrimizin o ərazilərə çıxa bilməyəcəyini düşünən bəzi terrorçular əsgərlərimizi gördükləri zaman mövqelərindəcə intihar etdi. Əməliyyatların davam etməsi ilə yüksəkliklərdə nəzarəti ələ keçirdik. Hazırda düşmənin (PKK - red.) bütün mövqelərini vurmaq imkanımız var. Əgər səhv etsələr, onları minaatan və pulemyotlarla vuracağıq".

Tarix
2016.02.20 / 13:30
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla