Yuxarı

Sensasion fakt: Krımı Lenin ABŞ-a 50 milyona satıbmış! - Karaulov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sov İKP MK-nın keçmiş katibi Nikita Xruşşov həqiqətən də Krımı Ukraynaya verib, amma bu, İosif Stalin tərəfindən hazırlanmış tapşırıqlardan biri olub.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalist Andrey Karaulov deyib.

“Krım RSFSR-in qurucusu Vladimir Lenin tərəfindən Amerikanın Rokfeller bankına girov qoyulub. Bunun müqabilində o, gənc sovet dövləti üçün paravoz və traktorlar alıb. 50 milyon dollar pulun qarşılığında Krım Amerikaya girov verilib. Sovet hakimiyyəti 1 yanvar 1946-ci ilə qədər 50 milyon dolları qaytarmasa, Krım Rokfellerdə qalacaq və ABŞ-ın bir hissəsinə çevriləcəkdi. Bəli, Lenin belə bir addım atıb. Krım faktiki olaraq anneksiyada idi. Bu layihəni “Krım Koliforniyası” adlandırırdılar. Bu gün bu layihəyə aid bütün məlumatlar hamısı məxfi saxlanılır. 1943-cü illərdə isə Krım tatarlarının ərazisində, yəni Krımda yəhudi dövləti yaratmaq məsələləri ortaya çıxıb. Əvvəl də var idi, amma 1943-cü ildə bu, daha geniş yayıldı. Fələstində yox, məhz Krımda yəhudi dövlətini yaratmaq istəyirdilər. Çünki ora Böyük Britaniyanın təsiri altında idi və Vinston Çörçill bundan gərginləşirdi. Bura rəhbər kimi isə məşhur aktyor Solomon Mixoelsin təyin edilməsi ortaya atılmışdı. Rokfeller boşuna pul xərcləməyi sevmirdi o, 50 milyon dolları səhmə çevirdi və Ruzvelt, onun ailəsi, amerikalı məmurlar bu səhmləri almağa başladı. 1944-cü ildə sammitin Yaltada keçirilməsinin də səbəbi bu idi. ABŞ Prezidenti Franklin Ruzvelt, arvadı Eleanora Ruzvelt, Corc Marşal və bir çoxları Rokfellerdən Krımın səhmlərini almışdılar və 1944-cü ildə Yaltaya gəlmişdilər ki, görək, aldığımız yer necədir.

Stalin isə ABŞ-a pulu da vermədi, faizi də vermədi, Krımda yəhudi dövlətinin yaradılmasına da razı olmadı. Amerika bu layihənin adını tutmasın deyə, Stalində Krımla bağlı yeni bir ideya yarandı. Krım Ukraynaya verildi. Çünki Krımı Lenin girov qoyanda o, RSFSR-in tərkibində idi, indi isə Krım Ukraynanın tərkibindədir. Xruşşov da bu tapşırığı icra edib, Krımı Ukraynaya verdi ki, amerikalılar bu məsələni unutsunlar. Xruşşovun bu sitatını da təkrarlayım: Krım Ukraynaya müvəqqəti olaraq verilib, müvəqqəti. Onun bu sözlərini də tapıb, çap etmək yaxşı olardı. Krımın öz vətəninə qaytarılması isə müqəddəs işdir”, - o bildirib.

Tarix
2024.03.12 / 13:46
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla