Yuxarı

OCCRP Paşinyanın korrupsiya şəbəkəsini ifşa etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
OCCRP Paşinyanın korrupsiya şəbəkəsini ifşa etdi

CivilNet Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatları Layihəsi (OCCRP) ilə birlikdə Ermənistanda hakim Mülki Müqavilə Partiyasına şübhəli ianələrlə bağlı araşdırma dərc edib. Məlum olub ki, pul verən bir çox vətəndaş ya partiya fonduna köçürdükləri məbləğdən xəbərsizdirlər, ya da bu ianələr onların gəlirlərinə uyğun gəlmir.

Axar.az xəbər verir ki, araşdırmalara görə, 2022-ci ildə hakim partiyaya guya pul bağışladığı iddia edilən 140 nəfərdən yalnız altısı istisna olmaqla, 134 nəfər yerli orqanlara seçkilərdə Mülki Müqavilənin namizədi olub. Şərh üçün əlaqə saxlayan 31 donorun yarısı hər hansı ianə etmədiklərini bildirib. Qalanları pul köçürdüklərini xatırlamadıqlarını deyiblər və yaxud suallara cavab verməkdən imtina ediblər.

On şəhərdə ən azı on yerli hökumət namizədi eyni gündə eyni məbləği hakim partiyaya köçürüb. Vəzifəli şəxslərin bəyannamələrinə əsasən, 26 halda ianə onların illik gəlirlərinin və ümumi yığımlarının ən azı yarısını təşkil edib. Belə çıxır ki, onlar illik bütün gəlirlərinin yarısını partiyaya ianə ediblər. Dörd halda töhfələr icazə verilən maksimum ianə məbləğini (2,5 milyon dram və ya 6,200 dollar) keçib.

“Transparency İnternational” antikorrupsiya mərkəzinin proqramlar rəhbəri Varujan Oktanyan erməni mediasına müsahibəsində bunu siyasi korrupsiyanın bariz təzahürü adlandırıb.

O əlavə edib ki, Ermənistanın əvvəlki hakimiyyətləri dövründə belə hallarda ianələrin şirkətlər tərəfindən edildiyi üzə çıxıb:

“Prinsip ondan ibarətdir ki, şirkətlər ianə edirlər, bu və ya digər qüvvə seçkilərdə qalib gəlir, sonra lazım gələrsə, bu şirkət üçün əlverişli olan qanunlar və ya qərarlar qəbul edilir və bununla da “borcları” qaytarılır”.

O hesab edir ki, araşdırma aparılsa, bu ianələri də böyük şirkətlərin etdiyi üzə çıxacaq:

“Əslində söhbət partiyaların maliyyələşdirilməsi ilə bağlı qanunun kobud şəkildə pozulmasından gedir. Buna görə cəza verilməlidir. Əgər araşdırmanın nəticələri yoxdursa, o zaman belə “şəffaflıq” kimə lazımdır?”

Tarix
2024.03.14 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşada mühüm tədbir keçirildi

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

Ceyhun Bayramov İran rəsmisini qəbul etdi

Azərbaycan Ukraynaya hansı “Su-22-ləri” verir? – Absurd iddia

Hacıyev bu sözləri ermənilərə çatdırmağımı istədi

Vardanyanla həbsdən əvvəl danışdım, dedi ki… - Qlumov

Bu ölkə Azərbaycanda səfirlik açır

İnanıram ki, Zəngəzur dəhlizi... - Prezident

Prezident forum iştirakçılarına müraciət ünvanladı

Zəngəzurda erməni hərbçiləri azərbaycanlılar yoxlayır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla