Yuxarı

“Qarabağ”ın futbolçularına yuxarıdan aşağı baxsan... - Byazi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ın futbolçularına yuxarıdan aşağı baxsan... - Byazi

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni de Byazi UEFA Çempionlar Liqasının "Napoli" - "Qarabağ" oyunu ilə bağlı İtaliya mətbuatına danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 2022-23-cü illərdə Azərbaycanda çalışmış 69 yaşlı mütəxəssis "Qarabağ" və oyunla bağlı fikirlərini "İl Mattino" nəşri ilə bölüşüb.

- "Qarabağ necə bir komandadır?

- Əvvəla, bu elə bir komandadır ki, yaxşı qazanc əldə etmək istəyən legionerlərə ciddi vəsait ödəyə bilir. Bu isə artıq böyük üstünlükdür. Maraqlı futbolçuları var. Bəlkə tam ulduz səviyyəsində deyillər, amma onlara yuxarıdan aşağı baxsan, ciddi çətinlik yarada bilərlər.

- Həqiqətən də Çempionlar Liqasının vahid qrup cədvəli göstərir ki, Azərbaycan komandası artıq 7 xal toplayıb.

- Bu il onlar əvvəlkindən daha yüksək keyfiyyətli legionerlər tapıblar. Komanda kimi daha formalaşmış görünürlər. Ümumən isə bu mövsüm nəticələri məni təəccübləndirmir. Çünki onların yeganə hədəfi Çempionlar Liqasıdır. Çempionatda rəqibləri yoxdur və bu turnir onlar üçün həm də maliyyə baxımından vacibdir. Amma tək səbəb bu deyil.

Əslində onların iki fərqli heyəti var: biri çempionat, digəri isə Çempionlar Liqası üçün. Artıq illərdir ölkə futboluna hakimdirlər, çünki demək olar ki, hər dəfə çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən verdilər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir.

Tarix
2025.11.24 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla