Yuxarı

Bizi ünvanımıza onlar çatdıracaq... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bizi ünvanımıza onlar çatdıracaq... - Foto

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib.

Axar.az xəbər verir ki, proqram çərçivəsində xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçiblər.

Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edib. Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanıblar.

İştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.

Xanım namizədlər Bakı Bus MMC-də sürücü kimi fəaliyyətə başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə qəbul prosesi çərçivəsində tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələləri uğurla tamamladıqdan sonra onlar Bakı Bus MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul olunublar.

İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət prinsipləri öyrədilib.

Noyabrın 24-dən isə xanım sürücülər rəsmi şəkildə fəaliyyətə başlayırlar. İlk müddətdə onların fəaliyyətinə təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.

Tarix
2025.11.24 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Diplomatlar Xocalı Soyqırımı Memorial kompleksində - Foto

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Milli Məclis Avropa Parlamenti ilə əlaqələri dayandırdı

Azərbaycan regionda hərbi əməliyyatlar fonunda...

Sərəncam: Bu sistemlər yenilənir, onlar üçün evlər tikilir

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla