Yuxarı

Kremlin əsas təbliğatçısını döymək istədilər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin əsas təbliğatçısını döymək istədilər - Video

Odessadan olan rejissor İosif Rayxelqauz "Vladimir Solovyovla bazar axşamı" verilişinin aparıcısına zərbə endirmək istəyib.

Axar.az xəbər verir ki, veriliş 2014-cü ildə Odessada Həmkarlar Evində baş verən faciəvi hadisəyə həsr olunub. Proqramın ortasında aparıcı rejissoru provokasiyaya çəkərək, odessalı deputat Qonçarenkonu qatil adlandırıb. Bundan sonra əsəblərinə hakim ola bilməyən rejissor Solovyova hücum edərək, deyib:

"Sən şərəfsizsən, indi gəlib ağzını partladacağam. Bax, yaxınlaşıb vuracağam. Siz hər bazar günü böyük ölkəni aldadırsınız. Yalan yalan üstünə".

Qeyd edək ki, Vladimir Solovyov Kremlin əsas təbliğatçılarından biri hesab edilir. O, Azərbaycana qarşı kəskin mövqeyi ilə seçilir.

Mayın 2-si 2014-cü ildə Odessada Həmkarlar Evində Daxili İşlər Nazirliyinin qoşunları ilə etirazçılar arasında baş verən toqquşma nəticəsində 50 nəfər həlak olub. Onların çoxu binada yaranan yanğında həlak olublar.

Tarix
2016.02.24 / 13:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla