Yuxarı

İsveçrə bankları rusların hesablarını bloklayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrə bankları rusların hesablarını bloklayır

İsveçrə bankları Rusiya vətəndaşlığı olan müştərilərin hesablarını bloklamağa başlayıb. Bu, Rusiya ilə yanaşı başqa ölkələrin də pasportlarını daşıyanlara şamil olunur.

Axar.az xəbər verir ki, bu barədə İsveçrənin “Leolex” hüquq firmasının tərəfdaşı Roman Kudinov “Vedomosti”yə açıqlamasında deyib.

“UBS və “Credit Suisse” bankının ikili vətəndaşlığı olan bir neçə müştərisi belə problemlə qarşılaşıb. Onların hamısı İsveçrədə vergi ödəyir, Rusiyada isə heç bir gəlir əldə etmir və vergi ödəmirlər”, - Kudinov bildirib.

İTSWM şirkətlər qrupunun əməkdaşı Yekaterina Popova da deyib ki, indi İsveçrə bankları müştərilərinin Rusiya ilə hər hansı əlaqələrinə baxır.

Popovanın sözlərinə görə, banklardan biri Rusiyada yaşayan qayınanasına illər öncə bir neçə 100 avro göndərən İsveçrə vətəndaşının da hesabını bağlayıb. Halbuki həmin şəxsin Rusiya vətəndaşlığı olmayıb.

Məlumata görə, İsveçrə banklarından biri Rusiya pasportunu saxlayan bir neçə İsrail vətəndaşı üçün hesab açmaqdan imtina edib. Banklar müştərilərdən Rusiya vətəndaşlığından imtinanın sənədli təsdiqini tələb ediblər.

Tarix
2024.03.27 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin analoqu olmayan təklifi... - Pənahov danışdı

Ukrayna ilə münasibətlər strateji həmrəylik prinsiplərinə əsaslanır

Andrey Babişin şərəfinə rəsmi lanç verildi - Foto

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

Alman diplomatlar Xankəndidə - Foto

Qalibafı buna görə uzaqlaşdırdı - SEPAH-ın tələbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla