Yuxarı

70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
70 kq qızılla saxlanılan polkovnik-leytenanta hökm oxundu

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin keçmiş baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Qəhrəman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qəhrəman Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı DTX-də cinayət işi başlanılıb.

Araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlunun digər Azərbaycan və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlmiş, həmin gün qabaqcadan əlbir olduğu şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib.

Daha sonra Qəhrəman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır.

Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.391.970,08 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Qəhrəman Məmmədov DTX-də davam edən cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Tarix
2026.04.27 / 16:57
Müəllif
Axar.az
Digər xəbərlər

Benzin və dizelin qiyməti ilə bağlı mühüm qərar

Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi təklif etdi

Babiş Qəbələdə: Zelenski və Meloninin Azərbaycana səfəri...

Çexiya ilə ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur

Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentin analoqu olmayan təklifi... - Pənahov danışdı

Ukrayna ilə münasibətlər strateji həmrəylik prinsiplərinə əsaslanır

Andrey Babişin şərəfinə rəsmi lanç verildi - Foto

Vahid Ələkbərov Füzuliyə niyə gəlibmiş?

Alman diplomatlar Xankəndidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla