Yuxarı

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

2-3 iyun tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa Birliyinin nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa Birliyi tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

Konstruktiv ruhda keçən müzakirələrin nəticəsində 2026-2030-cu illəri əhatə edən AB-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.

Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycanın aidiyyəti dövlət qurumlarının nümayəndələri AB-dən olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib.

Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə razılığa gəliblər.

XİN ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil Nazirliklərinin, habelə Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına Nəzarət, Əqli Mülkiyyət və Medianın İnkişafı Agentliklərinin nümayəndələri iştirak ediblər.

Tarix
2026.06.03 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla