Yuxarı

Moskvada dəhşət: kəsilmiş uşaq başı ilə... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada dəhşət: kəsilmiş uşaq başı ilə... - Video

14:46

Moskvada mənzildə yanğından sonra başsız bədəni tapılan uşağın qətlində şübhəli bilinən qadın metrostansiya yaxınlığında saxlanılıb.

Oxu.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə rəsmi nümayandəsi Yuliya İvanova bildirib.

"Moskvanın "Oktyabrskoye pole" metrostansiyası yaxınlığında uşağı qətlə yetirməkdə şübhəli bilinən dayəsi saxlanılıb", - İvanova bildirib.

Uşağın kəsilmiş başı əlində olan hicablı qadın ətrafdakıları özünü partlatlmaqla hədələyib.

Yanğın fevral ayının 29-da Narodnoe Opolçenie küçəsində yerləşən hündürmərtəbəli binada səhər saatlarında baş verib. Yanğınsöndürənlər alovu dəf ediblər. Dörd nəfər xilas edilib. Hadisə yerində tapılmış başı kəsilmiş uşağın 3-4 yaşı olub.

İlkin məlumata görə, uşaq öldürülüb, mənzil isə bilərəkdən yandırılıb. İstintaq Komitəsi baş verənlərə dair araşdırmaya başlayıb.

16:51

Moskvada uşağın başını kəsən dayənin kimliyi müəyyən olunub.

APA-nın məlumatına görə, bu, 1978-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Gülçöhrə Bobokulovadır.

Dayənin Rusiyada qeyr-qanuni çalışdığı bildirilir.

***

Moskvada dayəsi tərəfindən başı kəsilən 4 yaşlı Nastyanın valideynləri polisə izahat verib.

Lent.az-ın rus mətbuatına istinadən məlumatına görə, Gülçöhrə Bobokulova bir il əvvəl onlarda işləməyə başlayıb. Qadın onlarda yaxşı mütəxəssis təəssüratı yaradıbmış.

Valideynlərin sözlərinə əsasən, dayə uşaqlarına qarşı daim məsuliyyətlə davranırmış. Son günlər Gölçöhrə Bobokulova tez-tez əri ilə münasibətlərinin pis olmasından gileylənərmiş. Dayə istintaqa ifadəsində ərinin ona xəyanət etdiyinə görə belə bir cinayətə əl atdığını deyib.

Tarix
2016.02.29 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi...

Azərbaycanı, Ermənistanı dəstəkləmək lazımdır - Zelenski

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəfində

Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Paşinyanın reytinqi Rusiyanı dəli etdi - Son sorğu

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla