Yuxarı

“Cadugər ovu” - Dəhşət/Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cadugər ovu ötən əsrlərdə qalmış kimi görünsə də, indi də bu qorxunc hadisənin davam etdiyi yerlər var.

15-ci əsrdən qalma görünüşlərin yaşandığı Papua Yeni Qvineyada da cadugər olduğuna inanılan qadınlara qorxunc şəkildə işgəncə verildikdən sonra diri-diri yandırılırlar.

Məlumatda qeyd edilir ki, qəbilələr isti dəmirlə qadınlara işgəncə verir və ardından kütlənin ortasında atəşə verirlər. Bu işin bir də məzar qoruyucuları tərəfi var. Belə ki, bəzi qəbilələr lənətlənən qadınların qəbirlərini açıb ölülərin ətlərini yeyir. Bu səbəblə də məzar qoruyucuları hər gecə cəsədləri yemək üçün gələn cadugərlərə qarşı qəbiristanlıqları qoruyurlar.

Tüklər ürpərdən hadisənin nümunələrindən birində qadınlardan biri canlı-canlı yandırılmaqdan son anda xilas olub. 15-ci əsrdən qalma səhnələrin yaşandığı Papua Yeni Qvineyada cadugər olmaqla günahlandırılan qadın bir ağacın üzərinə lüm-lüt soyundurularaq oturdulur. Ardından qızğın dəmirlə işgəncə edilən qadını sırada gözləyən şey canlı-canlı yandırılmaqdır…

Bir qrup qəbilə üzvünün arasında çarəsizcə gözləyən qadının günahı isə mədə infeksiyasından oğlunun ölməsidir. Qadın 22 yaşındakı oğlunu öldürməkdə günahlandırılır və cadugər olmaqda lənətlənir. Dini Korul adlı 50 yaşındakı bu qadının həyatda qalması onun şansı kimi dəyərləndirilir. 10 ay xəstəxanada müalicə alan qadın bu qorxunc hadisələrin yaşandığı kəndə əsla geri dönməyi düşünmür.

Yalnız Dini Korul deyil, 2003-cü ildə Rasta Tuva adlı bir qadın da cadu etməkdə günahlandırıldığı üçün qorxunc bir işgəncəyə məruz qaldıqdan sonra bir əli və digər əlindəki bəzi barmaqları kəsilmişdi. Bənzər şəkildə bir ağacın üzərinə oturdularaq işgəncə görən qadına bunları edənlərdən biri də öz əri olub. Rasta Tuvada əsla evinə dönməyi düşünmür. ("Modern.az")

Tarix
2014.02.12 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla