Yuxarı

Rusiya əcnəbi muzdluları araşdırır: 4 min nəfər "tapdı"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xüsusi təyinatlıları ukraynalı muzdlular haqqında ətraflı məlumat toplayırlar, artıq 4000-dən çox adamın şəxsiyyəti müəyyən edilib və onlardan bəziləri üzrə uzaqdan araşdırmalar yekunlaşıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

Onun sözlərinə görə, istər Ukrayna Silahlı Qüvvələrinin hərbçisi, istər millətçi, istər radikal, istərsə də xarici muzdlu cinayətə görə məsuliyyət daşıyacaq:

“Nə vaxtsa bu insanlar geriyə baxmalı olacaqlar. Düşünürəm ki, onların cinayətləri dünyanın bir sıra ölkələrində bəlli olacaq və təkcə Ukraynanın deyil, həm də bu gün Ukrayna üçün muzdlu toplama mərkəzləri kimi xidmət göstərən özəl hərbi şirkətlərin kimlərlə iş apardığı müəyyənləşəcək. Hərbi əməliyyatların aparılması üçün Ukrayna ərazisinə hansı şəxsi heyətin göndərildiyi də üzə çıxacaq”.

Miroşnik qeyd edib ki, əcnəbi muzdlular adətən psixi pozuntulardan əziyyət çəkən, beynəlxalq humanitar hüququn norma və prinsiplərinə nifrət edən insanlardır. Onlar zorakılığa, qətlə, qan tökməyə, dinc əhalini ələ salmağa meyillidirlər.

Tarix
2024.08.29 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

Xankəndidə Şimali Kipr bayrağının asılması... - Tatar

Əliyevlə danışdım: Suriya ilə bağlı buna hazırdır

Ərdoğandan Bakı-Moskva gərginliyinə münasibət

Əliyev buna çox önəm verir: Zəngəzur dəhlizi açıldığı zaman...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Türkiyədən Rusiyaya sərt siyasi mesaj: Koalisiyaya qoşuldu!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla