Yuxarı

İnterpol bu azərbaycanlı qadını axtarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnterpol bu azərbaycanlı qadını axtarır

Bu günə qədər müxtəlif cinayətlər törətmiş 38 azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, axtarışa verilənlərdən ən qocamanı 64 yaşındadır.

Lütfiyar Qulu oğlu Nəsibov 1960-cı ildə Ermənistanda doğulub. Rusiya və Azərbaycan vətəndaşlığı var. O, qrant alınmasında fırıldaqçılıqda, kreditləşmə sahəsində saxtakarlıqda təqisirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.

Digər cinayətkar Çingiz Cahangirov 1979-cu il avustun 30-da doğulub. O, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhddə, odlu silahın və onun əsas hissələrinin qanunsuz əldə edilməsi, başqasına verilməsi, saxlanması və daşınmasına görə axtarışa verilib.

İnterpol vasitəsilə axtarılan Anar Əliyev 1984-cü il martın 30-da doğulub. Qətl və oğurluq törətməkdə günahlandırılır.

Beynəlxalq miqyasda axtarılan azərbaycanlı Fazil Kərimov 1993-cü ildə doğulub. O, xüsusilə iri miqyaslı dələduzluqda təqsirləndirilir.

1987-cü il təvəllüdlü Ruhəngiz Orucovanın insan alverinə görə barəsində axtarış elan edilib.

Aleksandr Baturinin həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. 1982- ci ildə Azərbaycanda doğulub. O, terror fəaliyyətinə cəlb olunmğa cəhddə günahlandırlır.

Bəylər Niftəliyevin 48 yaşı var. O, zorakılıqda və quldurluqda günahlandırılır. Eyni zamanda əmlakın qəsdən məhv edilməsində təqsirli bilinir. O Rusiya tərəfindən axtarışa verilib.

Süleyman Mansurov Cəlilbadda doğulub. O, azyaşlını zorlamaqda təqsirli bilinir. Rusiya tərəfindən axtarışa verilib.

Kamal Fətullazadə 1965-ci ildə Lənkəranda doğulub. O, qətl törətməyə, zorlamaya görə Rusiya tərəfindən axtarışa verilib.

Tarix
2024.09.08 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla