Yuxarı

Bayden Zelenskinin planını görməsə, buna icazə verməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski qələbə planını təqdim etməyənə qədər ABŞ Prezident Co Bayden Kiyevin Rusiya ərazisinə uzaqmənzilli raketlər atmasına icazə verməyəcək.

Axar.az xəbər verir ki, bu barədə “Sandey Tayms” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, Co Bayden sentyabrın 13-də Britaniya Baş naziri Starmerlə görüşündən sonra Ukraynanın Rusiyaya qarşı Qərb raketlərindən istifadə etməsi məsələsində pauza götürüb. Qeyd olunub ki, ABŞ administrasiyasında bu məsələdə vahid fikir yoxdur:

“ABŞ Dövlət katibi Entoni Blinken Kiyevin Qərb raketləri ilə Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsinin tərəfdarıdır, Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə bunun əleyhinədir.

Baydenin özü Ukraynaya istehsalına Amerika komponentləri daxil olan Britaniyanın “Storm Shadow” raketlərindən Rusiyaya zərbələr endirmək üçün istifadə etməyə icazə verməyə hazır deyil. Lakin istifadə olunsalar, ABŞ kəşfiyyat sistemlərinin yardımına qarşı çıxmayacaq”.

Məlumata görə, Zelenski öz planını sentyabrın sonunda BMT Baş Assambleyasına təqdim edəcək:

"O, əvvəlcə Baydenin komandasına bu barədə məlumat verəcək, daha sonra bunu ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla müzakirə edəcək”.

Tarix
2024.09.15 / 14:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanlı nobelçinin həyatı təhlükədədir

Onun Azərbaycana qarşı açıqlamaları hörmətsizlikdir!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla