Yuxarı

Almaniya İsrailin istəyini gecikdirir, amma Qətərə silah satır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya hökuməti İsrailin müxtəlif növ silahların alınması ilə bağlı təkliflərini gecikdirir, amma eyni zamanda Qətərə ağır silahlar satır.

Axar.az xəbər verir ki, bu barədə “Bild” mənbələrə istinadla məlumat yayıb.

“2023-cü ildə İsrail hökuməti öz döyüş tankları üçün bir neçə min ədəd döyüş sursatı alınmasını istəyib və digər silah növləri üçün də əlavə müraciətlər daxil olub. Lakin Berlin satışla bağlı hələ qərar verməyib. Qeyd olunub ki, bir neçə cəbhədə müharibə aparan İsrail üçün xaricdən müəyyən hərbi texnikanın alınması kritikdir”, - nəşr bildirib.

Qeyd olunub ki, 2024-cü ilin birinci yarısında Almaniya hökuməti HƏMAS-ın ən mühüm dəstəkçilərindən biri olan Qətərə 100 milyon avroluq silah satışına icazə verib:

“Bu icazələrin əsas hissəsi RCH 155 özüyeriyən artilleriya qurğularının satışına aiddir. Bunun müqabilində Qətər Almaniyada təmir olunan 24 “PzH 2000” özüyeriyən artilleriya qurğusundan 12-ni Ukraynaya təhvil verməyi vəd edib”.

Tarix
2024.09.15 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanlı nobelçinin həyatı təhlükədədir

Onun Azərbaycana qarşı açıqlamaları hörmətsizlikdir!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla