Yuxarı

Polşada daşqınlar: Təbii fəlakət rejimi tətbiq edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:53

Mərkəzi Avropa ölkələrində bir neçə gündən bəri davam edən aramsız yağışlar çaylar və su hövzələrində suyun səviyyəsinin artmasına, daşqınların baş verməsinə səbəb olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Polşanın cənub-qərbində Stronie Slaskie ərazisində su bəndi artan təzyiqə davam gətirməyərək uçub. Bu isə Biala Ladeçka çayında suyun artmasına və onun töküldüyü Nısa-Klodzka çayı boyunca yerləşən yaşayış məntəqələri üçün təhlükəli vəziyyətə səbəb olub.

Təbii fəlakətlə əlaqədar polis və ordu birləşmələri də əraziyə cəlb edilib. Polşanın Klodzko regionunda 1600 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə yerləşdirilib.

Hazırda Polşa ilə yanaşı, Çexiya və Rumıniyada da minlərlə insan daşqınlara görə təxliyə olunub, minlərlə evin elektrik enerjisi kəsilib.

Polşa hökuməti daşqın və kəskin hava şəraiti ilə əlaqədar bir nəfərin həlak olduğunu təsdiqləyib.

***

Polşanın Baş naziri Donald Tusk ölkənin cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən təbii fəlakət vəziyyəti elan etmək qərarına gəlib.

"Səlahiyyətli nazirlər və qurumlarla məsləhətləşmələrdən sonra mən Nazirlər Şurasının təbii fəlakət vəziyyətinin tətbiqi ilə bağlı fərmanının hazırlanmasını əmr etdim", - Polşanın baş naziri X səhifəsində yazıb.

Tarix
2024.09.15 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yanacaq məntəqələri bağlanan məşhur şirkət müflis olub?

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla